"Azərbaycan" qəzeti Şıx çimərliyini ifşa etdi

"Azərbaycan" qəzeti Şıx çimərliyini ifşa etdi
MARAQLI
18:27 03.07.2011
1992

 

Xəzərin Bakı sahilləri. Yayın qızmar günlərində bu yerlərin dəyəri birə-beş artır. Abşeronun qonaqları da çoxalır. Di gəl ki, qumlu sahillərdən qədərincə faydalanmaq o qədər də asan olmur. Sahilboyu ərazini elə zəbt ediblər ki, giriş haqqını ödəmədən heç doyunca dəniz havası da uda bilməzsən. Qiymətlər sahibkarın insafından asılıdır: ucuzu da var, bahası daE Gərək cibinə, imkanına uyğun yer seçəsən.

Çox da uzağa getmədik. Şıx çimərliyində bir-birindən fərqlənən istirahət mərkəzlərində olduq. Doğrusu, müşahidələrimiz bizi çox təəccübləndirdi. Sən demə, təkcə çimərliyin qapısından içəri keçmək üçün ən azı 2 manat ödəməlisən! Bu ilkin qiymətə girişdən savayı heç nə daxil deyil! Sonra digər xidmət haqları başlayır. Özü də nə başlayır...

İlk qapısını döydüyümüz istirahət mərkəzinin adı belədir: “Eldorado”. Adı ilə işimiz yoxdur, bu, sahibkarın öz seçimidir. Amma bizi qarşılayan Sadiq Əliyev adlı icraçı direktora iradlarımız çoxdur. Birincisi ona görə ki, səlahiyyət həddini aşıb açıq-aşkar meydan oxuyurdu, “sizə bu yerlərə girişi qadağan edirəm”, - deyirdi. - “Eldorado”dan yazmaq sizə baha başa gələcək. (Təəssüf ki, nə vaxt, hansı formada, açıqlamadı). Amma burada baha başa gələn çox şeylər vardı. İki manatlıq girişdən sonra çətir 5 manata, uzanıb dincəlmək üçün taxt 2 manata icarəyə verilirdi. Digər xidmət haqlarının da qiymətləri fərqlidir. Ona görə də çimərlik adına “Eldorado”nu seçənlər gərək bir qədər ehtiyatlı olsunlar. Həm qiymətə uyğunlaşsınlar, həm də icraçı direktorun hikkəsini nəzərə alsınlar. Yoxsa çətin olar, axı isti yay günləri hələ qarşıdadır...

Bir qədər o tərəfdə “Aysberq” istirahət mərkəzi başlayır. Adını doğru seçiblər. Ona görə ki, burada “Aysberq”in görünməyən tərəfləri çoxdur. Giriş 2 manata olsa da, əsl soyğunçuluq sonra başlayır. Yenə çətirin öz qiyməti, stolun, stulun icarə haqqı... Üst-üstə hesablayanda çimərlikdən bir neçə saat faydalanmaq 10 manata başa gəlir. Əgər bir tikə çörək yeyib çay içsən, ən azı bura gəlməyinə peşman olarsan. Elə “Aysberq”ə gələnlərin çoxu bu qənaətdədir.

İslam Məmmədov, təqaüdçü: Doğrusu, bilməzdik ki, Xəzərin sahillərini sahibkarlar belə bölüblər. Hara üz tuturuqsa, giriş haqqı istəyirlər. Özü də hərə bir qiymət oxuyur. Elə ki, etiraz edirsən, təhqir etməkdən belə çəkinmirlər. Qiymət belədir, vəssalam!
Zakir Quliyev, tələbə: Qiymət sarıdan biz də gileyliyik. Az pulla bu tərəflərə üz tutmaq olmur. Bir udum dəniz havası, adla deyilən Abşeron qumu alver mənbəyinə çevrilib. Dənizi belə hərraca qoymazlar!.. Elə şeylər var ki, onu hasarlamaq günahdır! Amma bu yerlərdə belə şeylər nəzərə alınmır. Haram halalı çoxdan üstələyib...

Daha bir təmtəraqlı ünvana üz tutduq: “Ramada”. Yenə giriş haqqını soruşduq. Fantastik bir qiymət eşitdik: 25 manat. Onu da qeyd edək ki, bu qiymətə Ukraynada, Gürcüstanda, hətta Türkiyədəki istirahət mərkəzlərində gündə üç dəfə yemək də mümkündür, gecələmək də olar. Bizə elə gəldi ki, həmin pulu ödəyib eyni cür xidmətlərdən faydalanmaq olar. Əslində, belə deyildi! Hovuzdan, duşdan, bir də ki, gen-bol dəniz qumundan, yardımçı xidmətlərdən faydalanmaqla bu məbləği ödəməlisən. Əgər bu yerlərə ailəvi üz tutsanız, xərclərinizi özünüz hesablayın! Biz bəri başdan qiymətlərin anonsunu verdik ki, yayın istisində hərarətiniz o qədər də yüksəlməsin...

//Azərbaycan qəzeti

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər