Tatarstanın paytaxtı Kazan – Rusiyanın ən görkəmli iqtisadı, elmi, mədəni, idman və turizm mərkəzlərindən biridir. Qədim tarixə malik olan Kazan turistlər tərəfindən ən çox ziyarət edilən Rusiya şəhərlərindən biridir. Kazan Kremli YUNESKOBaşqırdıstanın paytaxtı olaraq Rusiyanın ən iri şəhərlərindən biridir. Respublikanın iqtisadiyyatı neft və energetika sahələri üzərində qurulub.
Yeni istiqamətlərin açılışını şərh edən flydubai aviaşirkətinin Baş meneceri Qeyt Əl Qeyt demişdir: “Kazana və Ufaya təşkil olunan uçuşlar Dubayı Rusiyanın iri iqtisadi və sənaye mərkəzləri ilə birləşdirəcək.Məqsədimiz - daim turistlər üçün sərhədləri genişləndirməkdən ibarətdir. Fürsətdən istifadə edərək, marşrutların say artımı ilə bağlı səylərimizə dəstək verən Rusiya hökumətinə minnətdarlığımı bildirirəm”. Birləşmiş Ərəb Əmirlikləri inkişafda olan Rusiya biznesi üçün Şərq və Qərb arasında mükəmməl bir platformaya çevrilir. 2011-ci ilin aprel ayında Dubayın Ticarət və Sahibkarlıq Palatasının nəzdində Rusiya sahibkarlarının Şurası yaradılmışdır.
Yeni istiqamətlərin istifadəyə verilməsi nəticəsində flydubai MDB məkanında uçuş şəbəkəsini ona çatdırmış oldu. Dubay Beynəlxalq Hava limanının 2-cı Terminalından Kazana sentyabrın 14-dən, Ufa-ya isə - sentyabrın 17-dən səyahət etmək mümkün olacaq.
Azərbaycan iş adamları və turistlərinin nəzərinə! Dubaydan Kazana və Ufa-ya biletləri flydubay-ın Bakı şəhərində fəaliyyət göstərən ofisindən, turizm şirkətlərindən və www.flydubai.com saytı vasitəsi ilə əldə etmək olar.
SON-
Flydubai haqqında əlavə məlumat:
Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. Aviaşirkət biletləri ədalətli qiymətlərlə təklif edir - sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir.Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.