Azərbaycanı "Eurovision"da Eldar Qasımov təmsil edəcək ?!

ŞOU-BİZNES
13:59 23.01.2011
2001

Həftənin sonuna kimi hər gün bir ifaçıya canlı efir ayrılacaq.

 

Bazar ertəsi İlhamə Qasımova, sonrakı gün Eldar Qasımov, yanvarın 26-da İlqarə İbrahimova, 27-də Aynişan Quliyev və 28-də Nigar Camal çıxış edəcəklər. Finalçıların çıxışlarını müzakirə etmək üçün canlı efirə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes təmsilçiləri, eləcə də KİV nümayəndələri dəvət olunacaqlar.

Qeyd edək ki, Azərbaycanı "Eurovision-2011"də təmsil edəcək namizəd beş iştirakçı arasından seçiləcək və təşkilatçılar hansı iştirakçının beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcəyinin bəlli olmadığını bildirir. Lakin, bununla belə, artıq "Eurovision"da Azərbaycan təmsilçisinin adının dəqiqləşdiyi barədə xəbərlər yayılmaqdadır. Əldə etdiyimiz məlumata görə, beynəlxalq yarışmaya iştirakçılar arasında ikinci yerdə dayanan Eldar Qasımovun göndərilməsi qərara alınıb. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə istinadən, məhz E.Qasımovun bu beynəlxalq yarışmaya göndərilməsi heç də təsadüfü deyil. Belə ki, onun Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin yaxın qohumu olduğu bildirilir. Eyni zamanda, E. Qasımovun yəhudi icması tərəfindən də dəstəkləndiyi deyilir. Məsələyə aydınlıq gətirmək məqsədilə ictmai Televiziya ilə əlaqə saxladıq. Lakin sualımızı cavablandırmaqdan imtina etdilər./// Həftə İçi qəzeti

OXŞAR XƏBƏRLƏR