Azərbaycanın ən bahalı futbolçuları müəyyənləşdi

İDMAN
08:23 16.02.2011
3092

Azərbaycan Premyer Liqasının ən bahalı oyunçuları müəyyənləşib. “Transfermarkt.co.uk" saytı transfer pəncərəsi bağlanandan sonra Azərbaycan çempionatında top qovan bir sıra futbolçuların qiymətlərini yenidən hesablayıb. Yayda "Neftçi"yə transfer olunan belçikalı ulduz Emil Mpenza hələ də Premyer Liqamızın ən bahalı oyunçusudur. 

Onun transfer dəyəri 1,4 milyon avroya bərabərdir. Milli komandamızın kapitanı Rəşad Sadıqovla "Qəbələ"nin yamaykalı ulduzu Deon Burtona 1 milyon avro qiymət qoyulub. Burtonun qiymətində yaydakı hesablamalarla müqayisədə heç bir artım yoxdur. Rəşad isə dəyərini 250 min avro artırıb. 

Avqustun sonunda Türkiyənin "Eskişəhərspor" klubuna yollanan futbolçumuzun qiyməti həmin vaxt 750 min avro idi. Türkiyədən "Qarabağ"a qayıdandan isə ona 1 milyon avro qiymət qoyulub. Ən ciddi eniş isə Jaba ilə bağlıdır. "Bakı"nın braziliyalı ulduzuna ölkəmizə gələndə 2 milyon avro qiymət qoyulmuşdusa, artıq onun dəyəri 750 min avrodur.

 

OXŞAR XƏBƏRLƏR