Azərbaycanın ən gözəl qızı budur (FOTOSESSİYA)

Azərbaycanın ən gözəl qızı budur (FOTOSESSİYA)
ŞOU-BİZNES
10:24 22.06.2011
5749
Oxuculara bildirək ki, İstanbulun bahalı səmtlərindən biri hesab edilən Nişantaşında yerləşən Polat Tower Residence komleksində yaşayan model çox dəbdəbəli, əsl ulduzlara layiq həyat sürür. Necəliyini soruşmayın, təqdim etdiyimiz fotolardan hər şey gün kimi bəlli olur...

Türkiyə vətəndaşlığı almasa da, müvəqqəti yaşayış vəsiqəsi almağa müvəffəq olan Gunay hazırda ciddi cəhdlə karyerasında irəliləməyi qarşısına məqsəd qoyub. Ən böyük hədəfi isə "Best Model of the World-2010" yarışmasında iştirak etməklə kifayətlənməyib, birincilik qazanmaqdır.

"Bəli, bugün İstanbulda yaxşı yaşaya bilmək üçün hər şeyi lüks şəkildə ərsəyə gətirmişəm. Bəlli bir çevrədə tanınır və model kimi dəfilələrdə çıxış edirəm. Baxmayaraq ki, 2011-ci ilin tam ortasını yaşayarıq, amma hələ də ötən ilin söhbətlərini bitirməmişik. Yəni "Best Model - 2010" adını hansı ölkənin qazandığı hələ tam məlum olmayıb. Sözügedən model müsabiqəsinə illərdən bəri prezidentlik edən hörmətli Erkan Özermana söylədiyim fikirləri, oxucularınızla da bölüşmək istərdim. "Best Model"ə həddidən artıq maraq var. Və bu marağı nəzərə alıb Azərbaycanın adını birincilər sırasına yazdırmağa çox iddialıyam. Rəqiblərim güclü olsa da, Sofiyada səhnəyə yalnız başıma tacı qoyulması üçün çıxacağam", - Musayeva deyib.

Evinin qapılarını dost kimi üzümüzə açıb, olduqca səmimi şəkildə foto-kameramızın qarşısında pozlar verən həmyerlimiz, sadə görkəmi ilə əksər fotolarda bizə Hollivud ulduzu Ancelina Colini xatırlatdı. Üz cizgiləri və cazibədar qaməti ilə heç də Colidən fərqlənməyən Günay söz verdi ki, ən yaxın günlərdə, Türkiyənin kurort şəhərlərindən birinə istirahətə gələcəyimiz təqdirdə, çimərlik geyimində də foto-kameramızın qarşısına keçməkdən imtina etməyəcək.

/// TREND

OXŞAR XƏBƏRLƏR