Təsadüf nəticəsində "Facebook" sosial şəbəkəsində müğənninin profilini gördük və nə səbəbdən görünməməsi ilə maraqlandıq. Elə bil Ziyafət "niyə yoxsan" sualını bizdən çoxdan gözləyirdi. "Azərbaycan mənim Vətənim olsa da, oranı tərk etmək məcburiyyətində qaldım. Şou-biznesdəki hərc-mərclikdən təngə gəldim. Yaşamaq istəmirdim, özümü ödürmək dərəcəsinə çatmışdım. Sanki düşmənlərim çoxalırdı. Yaradıcılıq işlərim donmuşdu. Ona görə də Bakıdan Kopenhagenə qaçdım. Artıq xeyli vaxtdır burdayam. Az da olsa sənətimi sevən və qiymət verməyi bacaran dostlar qazanmışam. Müxtəlif restoranların səhnələrində oxuyub pul qazanıram. Allahın mərhəmətinə sığınmışam, ondan başqa ümid yerim yoxdur", - Ziyafət Yaqubova dedi.
Gördüyümüz başqa dəyişiklik isə müğənninin soyadından imtina edərək, Ziyafət Jozef kimi özünü tanıtması ilə əlaqəli idi. Nə üçün müğənni 18-19-cu əsrlərdə Fransaya imperatorluq etmiş Bonapart Napoleonun həyat yoldaşı Jozefina Boharnenın adını özünə yaraşdırıb? Suala Ziyafətdən tamam başqa cavab aldıq. "Təxəllüsümün Napoleonun xanımının adı ilə heç bir bağlılığı yoxdur. Danimarkaya gəldikdən sonra, Yusif peyğəmbərin həyatı ilə bağlı kitab oxudum. Və onu ruhən sevdim. Jozef Yusif peyğəmbərin adıdır. Məhz bu səbəbdən onun adının öz adımla birgə çəkilməsini istəyirəm", - Ziyafət əlavə etdi.
//merkez
{jcomments off}