AZXEBER.COM poartalının “1news”a istinadən verdiyi məlumata görə, ATV-nin aparıcısı Nanənin ad günü münasibəti ilə keçirilən əyləncəli gecə başa çatar-çatmaz fevralın 15-də olduqca xoşagəlməz xəbər yayılıb . Deyilənə görə, ad günü gecəsində bir qədər içki qəbul edən Elçin Əlibəyli özünü itirib və “Sarı gəlin” mahnısını erməni dilində oxuyub. Hadisənin şahidləri arasında müğənni Zamiqin də olduğu deyilir.
Elçin Əlibəyli isə deyilənləri cəfəngiyat adlandırıb: “Hazırda mən “Sarı gəlin” mahnısı haqqında veriliş hazırlayıram, buna görə də mahnının erməni versiyasının birinci bəndini öyrəndim. Məclislərdən birində bu barədə söz düşəndə bu bənddən bir sətir dedim ki, görün ermənilər bizim sevimli mahnımız “Sarı gəlin”i nə hala salıblar. Bundan başqa mən hətta bu sətri mahnı şəklində demədim, şeir şəklində dedim. Mən müğənni deyiləm. Məni nə vaxt ifa edən görmüsünüz? Mən “Sarı gəlin” haqqında veriliş çəkən və bu mövzunu qaldıran birinci şəxsəm. Bu məsələ həmişə məni narahat edir, hətta təqvimə “Sarı gəlin” gününü daxil etməyi də təklif etmişəm. Buna görə mənim dediyim bir bəndə görə belə tufanın qopması sadəcə cəfəngiyatdır. Bu məsələdə kimin əli olduğunu çox gözəl bilirəm. Vaxt gələcək mən sizə onun adını deyəcəyəm”.