Azərbaycana yenidən isti havalar gəlir

MARAQLI
10:24 21.01.2011
2077
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın arabir çiskinli olacağı ehtimalı var. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 3-6, axşam 2 dərəyədək isti olacaq.

Yanvarın 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Yanvarın 23-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Yanvarın 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

OXŞAR XƏBƏRLƏR