Azərbaycanda 15 ən yaxşı qadın teleaparıcı kimlərdir? -SİYAHI

MARAQLI
15:31 16.12.2010
5706

Aparıcıların reytinq sıralaması belədir:

1. ANS telekanalının “Zərif çərşənbə” verilişinin bir müddət öncə vəfat edən aparıcısı Mailə Muradxanlı.. Əməkdar jurnalist hamıya sübut etdi ki, efiri bəzəyən ancaq yaş və cəsarət deyil, həm də zamanla əldə edilən peşəkarlıq və iş təcrübəsidir. Təəssüf ki, ağır xəstəlik hələ çox şey öyrənməli olduğumuz əməkdar jurnalisti aramızdan vaxtsız ayırdı.

2. ANS TV-nin “Zəif çərşənbə” verilişinin aparıcısı, ANS-in əməkdaşı Sevil Nuriyeva. O, artıq uzun illərdir ki, teleməkanda ən yaxşılardan biri olduğunu sübut edir.

3. ANS TV-nin “Zərif çərşənbə” verilişinin daha bir aparıcısı Gülnarə Məmmədova - şən, çoşğundur.

4. ATV və “Space” telekanallarında əyləncəli verilişlərin aparıcılarından olan, ən ekstravaqant aparıcı Tünzalə Əliyeva (Toppuş bacı). O, bu gün ən çox tələbat olan və tamaşaçılarda müsbət emosiya yaradan aparıcılardandır.

5. ATV-nin “Burda və indi” verilişinin aparıcısı Dilarə Əliyeva. Aparıcı uzun illər ərzində maraqlı çıxışları, zarafatları, zərb məsəlləri ilə verilişinə olan yüksək marağı qoruyub saxlaya bilir.

6. ANS televiziyasının köhnə, lakin yeni ampulada təqdim edilən əməkdaşı Aytən Səfərova. O, “Kök altı” verlişində zarafatcıl, hazırcavab kimi təqdim edilib. Nəticədə “yumru” və heyranedici aparıcı ilə teledrayv alınıb.

7. ATV-nin sosial problemlərdən bəhs edən “Sən tək deyilsən” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı

8-9. İTV-nin “siam əkizləri”. Bir çox verilişləri, o cümlədən “Eurovision”nun seçim turunu birgə aparan Leyla Quliyeva və Hüsniyyə Məhərrəmova.

10. ATV-nin “Ulduz oldun” verilişinin aparıcısı Nanə Ağamalıyeva.

11. ATV-nin “Xalq ulduzu” verilişinin aparıcısı Sevinc Ağaşirinova.

12. Lider TV-nin “Qızıl pillə”sinin aparıcısı Zemfira Adıgözəlova.

13. Lider TV-nin “Həyat tərzi” verlişinin aparıcısı Lamiyə Ələkbərova.

14. AzTV -də “Səadət” verilişinin aparıcısı Sevinc Muradova.

15. ANS TV-nin “İncə maraqlar” verilişinin keçmiş aparıcısı, hazırda isə "Sabiranə" verilişinin aparıcısı Rövşanə Bektaşi.

 

OXŞAR XƏBƏRLƏR