Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovu ilin ən uğursuz futbolçusu adlandırıb.
"Məncə, Əfran bu il ən bəxtsiz oyunçu oldu. O, sadə oğlandır. Hər dəfə Bakıya gələndə onunla görüşməyə çalışıram. Bu il zədələr onu əldən saldı. Ümid edirəm ki, gələn il hər şey yaxşı olacaq", - Foqts deyib. //milli.az