Azərbaycanda internet medianın dövlət tərəfindən dəstəklənməsi üzrə sənəd hazırlanır

MARAQLI
07:26 04.07.2011
1657
 APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə

Hazırda bu sənədin Mətbuat Şurasında müzakirə olunduğunu bildirəƏ. Amaşov qeyd edib ki, layihənin hazırlandıqdan sonra müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Bununla bağlı təcrübə mövcud olduğunu bildirən şura sədri Rusiya və digər ölkələrdə internet medianın dövlət tərəfindən dəstəkləndiyini xatırladıb. 

Ə. Amaşov onu da deyib ki, sentyabrda Bakıda internet medianın problemlərinə həsr olunan konfrans keçirilməsi də nəzərdə tutulur. Mətbuat Şurasının sədri hazırda Azərbaycanda 2000-ə yaxın bloq səhifəsinin mövcud olduğunu qeyd edib.


OXŞAR XƏBƏRLƏR