Azərbaycanda internet qəzetin baş redaktoru həbs edildi
MARAQLI
09:59 12.08.2011
1667
Azərbaycan İslam Partiyasının (AİP) təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev saxlanılıb.
Partiyadan APA-ya verilən məlumata görə, A. Qəniyev ötən gün saat 20.00 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Saxlanılan zaman A. Qəniyev oğlu ilə birgə olub. A. Qəniyevin saxlanmasının səbəbləri məlum deyil.
Məlumatda o da bildirilib ki, artıq A. Qəniyev vəkillə təmin olunub. Partiya funksionerinin harada saxlandığı isə bəlli deyil.
Partiya sədrinin müavini Hacı Akif Heydərli isə deyib ki, hələlik vəkili A. Qəniyevlə görüşməyib.
APA-nın digər məlumatına görə, “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramov da həbs olunub. Vəkil Elçin Namazov bildirib ki, R. Bayramov avqustun 11-də saxlanılıb: “Guya onun üzərində axtarış aparıb və üzərindən narkotik vasitə götürüblər. Dünən onun Xırdalan şəhərində yerləşə mənzilində axtarış da aparılıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq çıxıb”.