Azərbaycanda narkotik istifadəçilərinin sayında kəskin artım var

MARAQLI
08:32 22.06.2011
1729

Bunu Baş nazirin müavini Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

26 iyun - Beynəlxalq Narkotiklərlə Mübarizə Günüdür.

Ə. Həsənov qeyd edib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb:

«Bütün dünya narkotiklərdən istifadəyə qarşı mübarizə aparmalıdır. Son 2-3 ildə bəzi narkotiklərin istehsalında azalma müşahidə olunub. Bu, BMT-nin illik hesabatında qeyd olunub».

Ə. Həsənov dünyada narkotiklərlə mübarizə modelinin köhnəldiyini də deyib:

«Narkotiklərlə mübarizə üzrə qanunlar sərtləşdirilməlidir». /APA/

 

OXŞAR XƏBƏRLƏR