Azərbaycanda narkotik neçə manatdır? (Araşdırma)

Azərbaycanda narkotik neçə manatdır? (Araşdırma)
MARAQLI
09:06 26.06.2011
2915
İnsanları maddi, mənəvi və fiziki cəhətdən fəlakətə aparan bu sosial bəlaya qarşı mübarizə aparılsa da real nəticələr heç də ürəkaçan deyil. 

Azərbaycanda narkotik istifadəçilərinin sayı günbəgün artır. Bunu bir neçə gün öncə baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da etiraf edib. O, ötən il ölkədə narkomanlarının sayının 2500 nəfər artdığını deyib: “Hazırda rəsmi qeydiyyatda 26000-ə yaxın narkotik istifadəçisi var. Azərbaycanda narkomanların sayı faktiki qeydiyyata alınanlardan daha çoxdur”.

Ə.Həsənovun sözlərinə görə, ötən il Daxili İşlər Nazirliyi tərəfindən 2 tona yaxın, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 1 ton 200 kq, Dövlət Sərhəd Xidməti tərəfindən 350 kq-dan çox, Dövlət Gömrük Komitəsi tərəfindən isə 300 kq-a yaxın narkotik müsadirə edilib. 350 tona yaxın təbii yolla yetişdirilən narkotik xassəli bitki aşkar edilərək məhv olunub. Ancaq görünən budur ki, mübarizə tədbirləri müsbət irəliləyişdən xəbər vermir və son 10 ildə dünyada narkotiklərin ümumi istehsalı 78 faiz artıb.

Bəs Azərbaycanda narkotik məhsulları neçəyə satılır?

Qiymətlər necə müəyyənləşir? Bununla bağlı araşdırma apardıq və “ağ ölüm”ün neçəyə başa gəldiyini öyrənməyə çalışdıq.


Hazırda ən bahalı narkotik məhsulu kokain hesab olunur. Bu məhsulun 1 qramı 70-80 manata satılır. Nəşəni 10-15 manata satırlar. Nəşənin ən keyfiyyətlisi isə 20 manata tapılır. Damara yeridilən uyuşdurucu maddələrin qiyməti müxtəlifdir. Bu “mal”ın qiyməti 10 manatdan 100 manata qədərdir.


Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, heroinin bir qramı 30-40 manata satılır. Həbsxanalarda isə bu “mal”ın qiyməti 250-300 manat arasında dəyişir. İçəridə bu pulu verib bir qram “mal” alan heroin alverçisi onu birdəfəlik istifadə dozalarına bölür. Böləndən sonra məhsulu 15-20 manata satırlar. Azərbaycan həbsxanalarında ayda orta hesabla 3 kq heroin dövr edilirsə, ümumi dövriyyə ən güzəştli halda 2 milyon manatdan artıq təşkil edir. Bu məbləğdə İrandakı narkobaronlardan tutmuş dustaqlar da daxil olmaqla yüksək vəzifəli məmurlaradək payı olanlar var. Onu da bildirək ki, Lənkəran, Şirvan və Hacıqabul bölgələri narkoticarətçilərin əsas oylağına çevrilib.

/// Yeni musavat

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər