Azərbaycanda qadın polislərə əlavə hüquqlar verildi

MARAQLI
20:03 01.01.2011
1858

Məsələ ilə bağlı çıxış edən Çingiz Qənizadə qadınlara qarşı bu cür humanist addımın hamının ürəyindən olduğunu dedi: “Amma layihəyə görə, 4 yaşına qədər ananın uşağa qulluq üçün işləməməsi və staja hesablanması ananın öz arzusu ilə deyil, həkim rəyi əsasında ola bilər. Fikrimcə, bu aradakı 1 illik müddətdə qadın üçün olan digər imtiyazları da özündə saxlamalıdır”.
Layihə ilə bağlı sualları cavablandıran Əli Hüseynli bildirdi ki, əslində, bu müddəalar Əmək Məcəlləsində var və təcrübədə tətbiq edilir: “Qadın polis əməkdaşları pensiyaya çıxanda bu 3-4 ilik stajdan bəhrələnə bilirlər. Sadəcə, qanunverici müddəaları tətbiq edən sosial orqanlar sahə qanununa müraciət edirlər. Ona görə də   bu müddəanı “AR daxili işlər orqanların xidmət keçmə haqqında Əsasnamə”yə salmağa ehtiyac yarandı”.

OXŞAR XƏBƏRLƏR