Azərbaycanda torpaq sahəsini necə özəlləşdirməli?

MARAQLI
19:27 22.06.2011
2215
AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu mülkiyyət məsələləri üzrə ekspert Mehman Əliyev bildirib: «Bu, torpaq sahəsinin alqı-satqı aktı (yerli bələdiyyə tərəfindən verilir) və torpağa dövlət aktıdır (Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilir)».

Məhz bu sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şöbəsinə təqdim edilməlidir. Bununla yanaşı, torpaq sahəsinin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş sürəti, dövlət rüsumunun ödənildiyinə dair qəbz və sair sənədlər də bu quruma təqdim olunmalıdır.

M.Əliyev bildirib ki, bu sənədlərin təqdimatından bir müddət sonra torpaq sahibinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilir.

Torpaq sahəsilə bağlı hər hansı sənədin çatışmadığı təqdirdə ərazinin özəlləşdirilməsi üçün bələdiyyəyə müraciət olunmalı, çatışmayan sənəd məhz bu qurumdan alınmalıdır:

AZXEBER.COM-un məlumatına görə, hələ də mübahisəli bələdiyyə torpaqları va və bu torpğın hansı bələdiyyələrə aid olduğu təsdiqlənməyib. Elə bu səbəbdən sahibsiz torpaqlar torpaq növbəsinə yazılan insanlara verilmir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının «Dövlət rüsunu haqqında» qanununa əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınması 30 manata başa gəlir.

OXŞAR XƏBƏRLƏR