Azərbaycanda yeni televiziya yayım kanalları ayrılacaq
MARAQLI
12:31 06.07.2011
1909
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda MTRŞ Aparatı tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları”nın və “Rəqəmli radio-televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi Qaydaları”nın layihəsi müzakirə və qəbul edilib.