Azərbaycanlı tələbələr Kiprdə olublar

GƏNCLİK
21:16 28.05.2011
2220
Səfər çərçivəsində Elvin Aslanov və Fəxrəddin Həsənzadə universitetlə tanış olublar. Fakültələr, yataqxanalar və digər xidmət obyektlərində olan qonaqlar Universitetin faəliyyətini yüksək qiymətləndiriblər. 

Səfərin ikinci günü Elvin Aslanov və Fəxrəddin Həsənzadə Doğu Akdeniz Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Məcid Haşemipur ilə görüşüb. Görüşdə ATB üzvlərinin güzəştli şərtlərlə DAU-da təhsil alması, Universitet və Birlik arasındakı əməkdaşlıq perspektivləri, iyul ayında Kiprdə təşkil olunacaq yay məktəbi və s. müzakirə edilib. Görüşün sonunda əməkdaşlığın daha da gücləndirilməsi üçün fəaliyyətlərin daha da artırılması qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Tələbələr Birliyi DAU-nun Azərbaycandakı rəsmi nümayəndəsidir. DAU-da yataqxana xərclərində ATB-nin oğlan üzvlərinə 50%, qız üzvlərinə isə 100% güzəştlər edilir. Bu yalnız ATB üzvləri üçün xüsusi güzəştlər paketidir.



OXŞAR XƏBƏRLƏR