Azərkeşlər "Fenerbahçe"yə hücum etdi

Azərkeşlər "Fenerbahçe"yə hücum etdi
İDMAN
18:08 27.12.2010
2494

Məlumata görə qarşılaşmada ilk yarı 1-1 hesabla başa çatdıqdan sonra “Fənərbaxça” oyunçuları geyinmə otağına gedərkən qalatasaraylı bəzi azarkeşlərin hücumuna məruz qalıblar.

 

“Fənərbaxça” 17 yaşlılardan ibarət komandanın məşqçisi Engin Kabaş hadisə vaxtı kifayət qədər təhlükəsizlik tədbiri olmadığını, oyunçulardan 1-nin burnunun sındığını deyib: “Qarşılaşmanın birinci hissəsi 1-1 hesabla başa çatmışdı. “Qalatasaray” azarkeşləri oyunçuları tribunalara çağırdı və daha sonra özləri meydana düşərək oyunçulara hücum etdilər. Oyunçulardan 1-nin burnu sındı. Texniki heyət də hücuma məruz qaldı. Hadisə baş verdiyi vaxt heç bir təhlükəsizlik tədbri yox idi. Oyunçularımızın öz ailələrinin yanında belə bir hücuma məruz qalması idman adına utanılacaq bir vəziyyətdir”.

 

Qeyd edək ki, “Fənərbaxça” klubu hadisəni törədənlərin yaxalanmasını tələb edən bəyanatla çıxış edib: “Klubumuz bu xoşagəlməz hadisəni törədənlərin cəzalandırılması üçün həm hüquqi, həm də Türkiyə futbol federasiyası yanında hər cür təşəbbüsü göstərəcək. Bu idman xuliqanlarının cəzasız qalmaması üçün mövzunu təqib edəcəyik. İctimaiyyətin də bu şəxslərin gizlənməməsi və cəzalandırılması üçün lazım olan həssaslığı göstərəcəyinə inanırıq...”

 

“Qalatasaray” rəsmiləri də hadisəyə görə təəssüfləndiklərini bildiriblər: “Bu gün Florya “Mətin Oqtay” təlim-məşq mərkəzində “U-17” liqası çərçivəsində keçirilən qarşılaşma bizimlə heç bir əlaqəsi olmayan hadisələrə görə təxirə salınıb. Baş vermiş bu xoşagəlməz hadisələrə görə, “Fənərbaxça” “U-17” komandasına keçmiş olsun deyirik təəssüflərimizi bildiririk”. ANS PRESS.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
Çaylarda sululuq artıb
11:00 07.06.2025
Çaylarda sululuq artıb
Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
10:57 07.06.2025
Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
10:23 07.06.2025
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
AZAL bayrama görə Naxçıvana reysləri artırdı
10:18 07.06.2025
AZAL bayrama görə Naxçıvana reysləri artırdı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
10:15 07.06.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xoşqədəm Hidayətqızı atasını da itirdi
10:11 07.06.2025
Xoşqədəm Hidayətqızı atasını da itirdi
Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb
01:37 07.06.2025
Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb
Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan şəxslərin səhhəti yaxşıdır
00:33 07.06.2025
Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan şəxslərin səhhəti yaxşıdır
ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarının həllini müzakirə edəcəklər
23:56 06.06.2025
ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarının həllini müzakirə edəcəklər
KİV: Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır
23:46 06.06.2025
KİV: Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır
Azərbaycanda vəzifəli şəxsin kürəkəni sükan arxasında ÖLDÜ
23:31 06.06.2025
Azərbaycanda vəzifəli şəxsin kürəkəni sükan arxasında ÖLDÜ