Azad edilmiş ərazilərə gedənlərə - Çağırış

Azad edilmiş ərazilərə gedənlərə - Çağırış
SOSİAL
17:49 24.07.2025
382
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara çağırış edib.

Qurumdan AZXEBER.COM-a daxil olan müraciətdə bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə son günlərdə mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artması müşahidə olunur: "Azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artmasının şahid oluruq. Qayıdış prosesində iştirak edən sakinlərdən xahiş olunur ki, odla davranış qaydalarına ciddi riayət etsinlər! Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar! Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər!  Çünki, baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə, yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər”.

Qeyd edilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur, lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir: "İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və vətən torpağını birgə qoruyaq! ”

Qeyd edək ki, artıq 3-cü gündür işğaldan azad edilmiş ərazilərdə boş sahələrdə quru ot və kol-kosun yanması müşahidə edilir. Alovun söndürülməsinə FHN-in helikopterləri də cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
14:40 08.03.2026
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
14:39 08.03.2026
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
14:37 08.03.2026
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
14:13 08.03.2026
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
14:09 08.03.2026
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
Yollarda görünüş məhdudlaşacaq
13:55 08.03.2026
Yollarda görünüş məhdudlaşacaq
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
13:27 08.03.2026
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
Nəriman Axundzadə ABŞ-yə yollanıb
13:16 08.03.2026
Nəriman Axundzadə ABŞ-yə yollanıb
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
13:12 08.03.2026
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
12:59 08.03.2026
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
12:53 08.03.2026
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
12:50 08.03.2026
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
12:43 08.03.2026
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
12:38 08.03.2026
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
12:30 08.03.2026
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
12:22 08.03.2026
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir