Azad olunmuş ərazilərdə indiyədək 23 kütləvi məzarlıq aşkarlanıb

Azad olunmuş ərazilərdə indiyədək 23 kütləvi məzarlıq aşkarlanıb
SOSİAL
10:21 10.03.2025
182
Azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.

Bildirilib ki, bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib: 

"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb".
OXŞAR XƏBƏRLƏR