Azad Rəhimov: "Bu, faydalı olacaq"

İDMAN
18:00 28.01.2014
943
Bakıda keçiriləcək I Avropa Oyunlarına 500 gün qalmış Azərbaycan gənclər və idman naziri Azad Rəhimov hazırlığın gedişindən danışıb. Apasport.az saytının məlumatına görə, nazir gələn il iyunun 12-də start götürəcək yarışa kimi bütün idman obyektinin tam hazır olacağını deyib.
Rəhimov bildirib ki, Avropa Oyunlarına kimi böyük miqyaslı tikinti layihələri davam edəcək: “Metro və avtobus sistemlərinin inkişafından tutmuş yeni hava limanının da tikintisi gedir. Bu, növbəti onillikdə də bizim şəhərlər və cəmiyyətimiz üçün faydalı olacaq. Həmçinin, gəncləri idmana cəlb etmək üçün də ruhlandıracaq”.
Qeyd edək ki, Avropa Oyunlarında 49 ölkənin idmançılarının iştirakı gözlənilir. 
OXŞAR XƏBƏRLƏR