Gənclər və idman naziri Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak edəcək
Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak edəcək. AZXEBER.COM-un Gənclər və İdman Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir 22 noyabr tarixində İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün bü ölkəyə rəsmi səfərə yola düşür.
Tədbirdə Komitənin Prezidenti və Baş Katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.23 noyabr tarixinədək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.