Azad Rəhimov Serbiyaya getdi

İDMAN
13:17 14.03.2012
1449
Serbiyanın Belqrad şəhərində 15 mart tarixində Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransına start veriləcək. AGIN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məluimata görə, konfransda Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov təmsil edəcək. Konfrans zamanı “Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması”, “Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri ” və digər mövzular ətrafında müzakirələr aparılacaqdır. Eyni zamanda konfrans çərçivəsində qonaqlar üçün idmanda ümum Avropa məkdaşlığına dair təqdimat (WADA, Avropa İttifaqı, UEFA ilə əməkdaşlıq) ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR