Azad Rəhimov yenidən Qubada şikayətçilərlə görüşəcək

Azad Rəhimov yenidən Qubada şikayətçilərlə görüşəcək
GƏNCLİK
12:00 08.12.2013
1476

Gənclər və idman naziri Azad Rəhimov 17 dekabr 2013-cü il tarixdə Quba şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev məlumat verib. Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Quba Mədəniyyət evində başlanacaq.Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 9-dan 16-dək müvafiq rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər. Qəbul üçün vətəndaşların qeydiyyatı göstərilən tarixlərdə, saat 09:00-dan 18:00-dək aparılacaq.Xatırladaq ki, Azad Rəhimov bu ilin yay aylarında Qubvada sakinlərlə görüş keçiriib.

OXŞAR XƏBƏRLƏR