Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti

Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
SOSİAL
15:30 22.11.2024
606

Formula 1-ə ayrılan pulları mənimsəmə ittihamı ilə mühakimə olunan Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovu məhkəməyə çağırır. 

"Qafqazinfo” A.Rəhimovun bu cinayət işi üzrə istintaq başlayan vaxt prokurorluqda müstəntiqə nə danışdığını öyrənib. 

A.Rəhimov "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbəri olub. Hazırda 400 min manat yeyintidə təqsirləndirilən Çingiz Mehdiyev isə şirkətin şöbə rəisi işləyib. Sonuncunun vəkili məhkəmə istintaqının sonuna yaxın bütün kartları açıb. Müdafiəçi şirkətin rəhbərinin şahid qismində tanınmamasına etiraz edib, "Formula 1-in təşkili üçün 150 milyon ayrılır. Arif Rəhimov da dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi” deyib. 

A.Rəhimov isə istintaqa ifadəsində bildirib ki, işçisinin yeyintisindən, xaricə köçürmələr etməsindən xəbəri olmayıb: "Biz işə qoşulanda yarışların başlanmasına 8 aydan az vaxt qalmışdı. Bu səbəbdən işlərin icrasına təxirə salınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün Gənclər və İdman Nazirliyinə tapşırıq verildi. Müstəsna hal kimi, Formula 1 Avropa Qran Pri yarışlarının təşkili ilə bağlı satınalma predmetinə aid olan bütün işlərin satınalınması məqsədilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlanmasına icazə verildi. Bu səbəbdən "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin İdman şöbəsinə lazım olan mallarla bağlı həmin şöbənin müdiri işləyən Çingiz Mehdiyev sifariş verdi. Həmin sifariş əsasında Təchizat şöbəsinin rəisi işləmiş Zaur Məlikaslanov tərəfindən malların təchizi ilə bağlı "Dayton İnvestments LTD” adlı şirkətin verdiyi təkliflər uyğun olduğundan müsbət qiymətləndirilərək həmin şirkətlə müqavilə bağlanıldı".

Arif Rəhimovun dediyinə görə, müqavilə bağlanıldıqdan sonra malların qiyməti göstərilməklə sifariş orderi Ç.Mehdiyev tərəfindən tərtib edilib, o və Təchizat şöbəsinin rəisi tərəfindən imzalanıb. Eyni qaydada vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Abdullayev Mais Məlik oğlu ilə də müqavilələr bağlanılıb: "Qeyd olunan müqavilələr bağlanan tərəflərin Mehdiyevlə əlaqəsinin olmasından, müqavilələrə görə dövlət büdcəsidən ayrılmış pul vəsaitinin Çingiz Mehdiyev tərəfindən mənimsənilməsindən məlumatım olmayıb. Eyni zamanda "Bakı Şəhər Halqası" tərəfindən müqavilə əsasında "Dayton İnvestments LTD”yə (Çingiz Mehdiyevin ofşor zona - Seyşel adalarında anasının adına təsis edilmiş şirkət-red.) köçürülən ümumi məbləğdən 359.339,60 ABŞ dolları məbləği hissəsində malların əslində xarici ölkədən gəlməməsindən, Çingiz Mehdiyevin xarici köçürmələr edərək özünün və qardaşının adına ABŞ-da mülklər almasından qətiyyən xəbərim olmayıb".

Hazırda Mehdiyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edir. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər qrupu Arif Rəhimovun məhkəmədə dindirilməsinin vacib olub-olmadığını fikirləşir. Prokuror isə Rəhimovun dindirilməsinə etiraz etmir.

Təqsirləndirilən şəxs isə 397 min 852 manat məbləğində dəymiş ziyanın cəmi 100 min manatını qaytarıb. Hələ ki, qalan hissəni ödəmir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib