'Azadlıq' qəzeti bağlana bilər

MEDİA
12:08 01.09.2012
1458

“Azadlıq” qəzeti sentyabrın 3-nə kimi “Azərbaycan” nəşriyyatına borcunu ödəməsə qəzetin fəaliyyəti dayana bilər. Bu haqda “Turan”a qəzetin redaktoru Rahim Hacıyev bildirib. Onun sözlərinə görə, qəzetin nəşriyyata 14 min manat həcmində çap xərcləri, 11 min manat həcmində isə kommunal borcu var.

Redaktor belə durumun yaranmasına əsas səbəb kimi “Qasid” mətbuat yayım firmasının qəzetə olan 28 min manat maliyyə vəsaitini ödəyə bilməməsidir. Bununla bağlı qəzet rəhbərliyi firma ilə dəfələrlə danışıqlar aparsa da danışıqlar nəticəsiz qalıb. Belə ki, son vaxtlar “Qasid” mətbuat yayım firmasının köşklərinin çoxu yığışdırıldığından firmada ağır maliyyə vəziyyəti yaranıb.

R.Hacıyev mətbuat yayım sisteminin dağıdıldığını, “Qasid” firması köşklərinin yerinə qoyulan “Press köşk”lərin qəzet satışında maraqlı olmadığını xüsusi vurğulayıb. Onun fikrincə, mətbuat yayım sisteminin belə dağıdılması iqtidarın bu sahədə atdığı addımların nəticəsidir. Rəsmi qurumların səyyar qəzet yayımına icazə vermədiyini deyən redaktor iqtidarın bu qanunsuzluğu səyyar yayımçıların “nəqliyyatın hərəkətinə mane olması” kimi cəfəngiyyatla əsaslandırmağa çalışdıqlarını söyləyib.
OXŞAR XƏBƏRLƏR