‘‘Azadlıq’ qəzetinin təmsilçiləri ilə demək olar ki, müntəzəm təmaslarımız olur’

‘‘Azadlıq’ qəzetinin təmsilçiləri ilə demək olar ki, müntəzəm təmaslarımız olur’
DÜNYA
01:04 14.03.2013
1585

““Azadlıq” qəzetinin “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” sərlövhəli yazı ilə bağlı üzr istəməsi çarəsizlikdən, məhkəmədə ifşa olunmaq qorxusundan irəli gələn məsələdir”.

Bu sözləri APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib.

Sadiq Gözəlov qeyd edib ki, bu barədə son sözü iddiaçılar özləri deyəcəklər: “Özlərini ölkədə azad sözün, mətbuatın az qala yeganə nümayəndələri sayan, əslində müəyyən siyasi təşkilatların və ayrı-ayrı şəxslərin təsir dairəsində olan bəzi qəzetlər və xəbər portalları hansısa "etibarlı", "məlumatlı" mənbələrə istinad edərək iqtidar mənsubları, o cümlədən Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanlarının rəhbərliyinə daxil olan şəxslər barədə onların işgüzar imiclərini və nüfuzlarını ləkələyən əsassız və şayiə xarakterli dezinformasiyalar yayırlar. Onlar ən azından jurnalist etikası baxımından adətən dürüstlüyü, obyektivliyi açıq-aşkar şübhə doğuran belə informasiyaların səhihliyini barələrində yalan və böhtan xarakterli məlumatlar yaydıqları vəzifəli şəxslərin rəhbərlik etdikləri dövlət orqanlarının mətbuat xidmətləri ilə yoxlayıb dəqiqləşdirməyə nədənsə həvəsli görünmürlər.

"Azadlıq" qəzetinin 1 mart 2013-cü il tarixli sayında dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" sərlövhəli məqalədə dövlətin iki önəmli orqanının, güc strukturlarının rəhbərlərinin birinin barəsində böhtan xarakterli, şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salmağa hesablanmış məlumatlar dərc olunub, digəri isə ağır və xüsusilə ağır cinayətdə ittiham edilib.

Çox maraqlıdır ki, özlərini daxili işlər nazirinin yaxın çevrəsi ilə etdiyi söhbətdən guya xəbərdar olanlar kimi göstərməyə çalışan sözügedən qəzetin rəhbərliyi "Daxili İşlər Nazirliyi və ya digər nazirlikdən heç bir reaksiya olmadı və biz də heç nə etmədik" deyə yaxasını kənara çəkməyə, məsuliyyətdən yayınmağa çalışsa da fakt faktlığında qalır. Əgər qəzet rəhbərliyinin marağında olsa idi, mediaya ən açıq qurumlardan biri olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dərhal əlaqə saxlaya, mövzu ilə bağlı bizim mövqeyimizi öyrənə bilərdilər. Çünki işimizlə, xidməti vəzifənin icrası ilə bağlı bizim bir çox KİV illə, o cümlədən "Azadlıq" qəzetinin təmsilçiləri ilə demək olar ki, müntəzəm təmaslarımız olur. Ancaq konkret olaraq həmin məqalə ilə bağlı eyni operativliyin göstərilməməsi, faktiki rəsmi mövqenin öyrənilməməsi isə qəzet rəhbərliyinin səmimiliyini şübhə altına alır, təxribat xarakterli yazının qəsdən, məqsədyönlü şəkildə yazılmasından və dərc olunmasından xəbər verir. İndi həmin yazıda qeyri-dəqiqliyə yol verildiyini iddia edən, candərdi bir təkzib verib məsələni bitmiş hesab edənlər dəqiqləşdirməni məhkəməyədək aparmalı idilər.

Bununla da qəzet söz və mətbuat azadlığından sui-istifadə edərək "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinin tələblərini kobud şəkildə pozub. Barələrində böhtan xarakterli məlumatlar yayılıb, cəmiyyətdə böyük nüfuz sahibləri olan hər iki şəxs "Azadlıq" qəzetinin yaratdığı problemi haqlı olaraq çox sivil qaydada, qanunvericiliyə uyğun şəkildə həll etməyə qərar verərək məhkəməyə müraciət ediblər. İndi kimlərsə nazirlərin məhkəməyə müraciət etmələrini az qala söz və mətbuat azadlığının boğulmasına cəhd kimi qiymətləndirirsə, onlar məsələnin mahiyyətini təhrif edirlər və obyektivlikdən çox uzaqdırlar. O ki qaldı “Azadlıq” qəzetinin məlum yazı ilə bağlı üzr istəməsinə, bir daha qeyd edirik ki, bu, çarəsizlikdən, məhkəmədə ifşa olunmaq qorxusundan irəli gələn bir məsələdir. Vəkilin və qəzet təmsilçilərinin son davranışlarından, hərəkətlərindən də bunu görmək olar. Onlar məhkəmə prosesini uduzacaqlarının fərqindədirlər. Artıq Mətbuat Şurasının rəhbərliyi də hörmətli nazirlərə müraciət edərək onlardan şikayətlərini geri götürmələrini xahiş edib. Lakin sonda buna iddiaçılar özləri qərar verəcəklər”.

Qeyd edək ki, martın 12-də “Azadlıq” qəzeti “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” sərlövhəli yazı ilə bağlı daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. “Təkzib” rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adıçəkilən məmurlardan üzrxahlıq edirik”.

Təkzib verildikdən sonra Qənimət Zahidin vəkili bəzi KİV-ə açıqlamasında nazirlərin xüsusi ittiham qaydasında "Azadlıq" qəzetinin baş redaktorundan etdikləri şikayətləri geri götürməli olduqlarını bildirib.

"Azadlıq" qəzetinin bu barədə musavat.com-a danışan baş redaktormüavini Rahim Hacıyev bildirib ki, Sadiq Gözəlovun fikirləri həqiqəti əks etdirmir. Onun sözlərinə görə, bu material çap olunduqdan sonra DİN tərəfindən bir dəfə də olsun "Azadlıq" qəzetinə müraciət olunmayıb: "Nazirlərin bu məsələ ilə bağlı qərar vermələrinə gəlincə, hesab edirəm ki, hakimiyyət nə qərar verəcəksə, bu iki nazir də onu icra edəcək".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
13:31 26.07.2025
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
13:27 26.07.2025
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır