“Azadlıq radiosu” Zəngəzurla bağlı paylaşım edib, sonra sildi: Bu media qurumu ermənilərdən qorxursa…

“Azadlıq radiosu” Zəngəzurla bağlı paylaşım edib, sonra sildi: Bu media qurumu ermənilərdən qorxursa…
MANŞET
02:00 26.07.2025
1018
"Azadlıq" radiosunun ingilis dilli bölməsi Zəngəzur dəhlizi ilə bağlı maraqlı paylaşım edib və daha sonra ermənilərin şikayətindən sonra həmin postu silib.

AZXEBER.COM xəbər verir ki, nəşr dünən X səhifəsində Zəngəzurla bağlı video paylaşıb və bu sözləri paylaşıb:

"İran bundan qorxur, Türkiyə xəyal edir, ABŞ bunun bir hissəsini istəyir. Xoş gəldin, Zəngəzur”.

Media qurumunun bu paylaşımı qısa zamanda ərzində Ermənistanda geniş etirazlara səbəb olub. Erməni istifadəçilər radionun onların ərazi bütövlüyünü pozduğunu iddia edib və eyni zamanda postda nəyə görə Sünik yox Zəngəzur yazıldığına etiraz ediblər. 

Maraqlıdır ki, "Azadlıq radiosu” da bu etirazlarla razılaşıb və qısa zaman sonra postu səhifəsindən silib. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli mövzu ilə bağlı fikirlərini bildirib. 

O geri addım atdığına görə media qurumunu tənqid edib: 

"Əgər bir media qurumu, özü də "Azadlıq” adı daşıyan qurum, bir siyasi təhlil və ya fikir ifadə etdikdən sonra, sosial şəbəkədəki qısamüddətli təzyiq qarşısında öz mövqeyini dəyişirsə, bu artıq jurnalistika yox, kimlərinsə qarşısında geri çəkilməkdir. Əgər bu media qurumu ermənilərdən qorxursa, obyektivlikdən danışmağa haqqı yoxdur. Ermənistan tərəfindən gələn etirazlara şərtsiz şəkildə boyun əymək və paylaşımı silmək – media qurumunun iradəsizliyini və qeyri-obyektivliyini göstərir.

Hacıbəy Heydərli erməni sosial media istifadəçilərinin tənqidinə də münasibət bildirib: 

"Erməni istifadəçilərin "nə üçün Sünik yox, Zəngəzur yazılıb?” sualı, əslində tarixi manipulyasiyanın göstəricisidir. Zəngəzur adı Azərbaycanın tarixi coğrafiyasına aiddir və onun qeyd edilməsi nə "erməni ərazi bütövlüyünə” ziddir, nə də təxribatdır. Bu sadəcə həqiqətin öz adı ilə çağırılmasıdır. 
OXŞAR XƏBƏRLƏR