Azadlıq radiosunun büro rəhbəri güllələndi

DÜNYA
00:01 23.03.2014
1207
Azadlıq radiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaivi Ovaid öldürülüb.
Hadisə martın 22-də səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.
Jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir.
Araşdırmalara başlanılıb.
Efirdə Həsən Rəşid kimi tanınan Ovaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.
OXŞAR XƏBƏRLƏR