AZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçirib

AZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçirib
İQTİSADİYYAT
19:05 10.11.2024
357
Azərbaycan Hava Yolları (AZAL) Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa uçuşlara başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın milli aviadaşıyıcısına məxsus təyyarə 9 noyabr tarixində Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib. Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.

"Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Maldiv Respublikasının Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri isə bunları qeyd edib: "Azərbaycan Hava Yollarını Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək”.

"AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir”, – deyə "Maldives Airports Company Limited” şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.

Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az/az/ saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi
22:53 23.07.2025
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi
Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı, mülki şəxsləri də dəyişməyə razılaşıblar
22:48 23.07.2025
Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı, mülki şəxsləri də dəyişməyə razılaşıblar
Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını ətraf ərazilərə yayılıb, 11 nəfər ölüb
22:25 23.07.2025
Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını ətraf ərazilərə yayılıb, 11 nəfər ölüb
Saatlıda avtomobil piyadanı vuraraq öldürdü
22:13 23.07.2025
Saatlıda avtomobil piyadanı vuraraq öldürdü
Hakan Fidan: İstanbul danışıqlarının hədəfi Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır
22:07 23.07.2025
Hakan Fidan: İstanbul danışıqlarının hədəfi Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır
Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub
21:52 23.07.2025
Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub
“Zirə” “Hayduk”la heç-heçə etdi
21:45 23.07.2025
“Zirə” “Hayduk”la heç-heçə etdi
Rusiyanın Xersona zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb
21:32 23.07.2025
Rusiyanın Xersona zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı
21:24 23.07.2025
Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı
Rusiya–Ukrayna danışıqları davam edir: Tərəflər arasında gərgin müzakirə
21:14 23.07.2025
Rusiya–Ukrayna danışıqları davam edir: Tərəflər arasında gərgin müzakirə
Goranboyda tikinti materialları mağazasında yanğın baş verib
20:55 23.07.2025
Goranboyda tikinti materialları mağazasında yanğın baş verib
Buzovnada dənizdə bir nəfər batdı
20:42 23.07.2025
Buzovnada dənizdə bir nəfər batdı
Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib
20:34 23.07.2025
Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib
Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb
20:30 23.07.2025
Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb
20:25 23.07.2025
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb
Gəncədə axtarışda olan şəxs saxlanılarkən polislərə silahlı müqavimət göstərib
20:17 23.07.2025
Gəncədə axtarışda olan şəxs saxlanılarkən polislərə silahlı müqavimət göstərib