AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO

AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
SOSİAL
00:33 19.08.2025
523
Ötən il vurulan AZAL-a məxsus təyyarənin bələdçisi Aydan Rəhimli uzun müddət sonra görünüb.

AZXEBER.COM xəbər verir ki, o, təyyarədə azyaşlı uşaqla şəkil çəkdirib.

Bu haqda şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu paylaşım edib. 

O fotonun tarixçəsi haqda yazıb: 

"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi. 

Bir neçə gün əvvəl valideynlərilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, Rəşadət ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.

Qeyd edək ki, 2024-ci ilin 25 dekabrında Bakı-Qroznı uçuşunu icra edən AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.  

Xəsarət alan Aydan Rəhimli qəhrəmanlığına görə prezident tərəfindən 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif edilib.

Mikayıl

 


OXŞAR XƏBƏRLƏR