AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü

AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü
SOSİAL
11:16 25.12.2024
468
Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Tengrinews” məlumat yayıb.

Məlumata görə, təyyarə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirirmiş.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

***

AZAL hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, "Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR