AZAL-ın təyyarəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb

DÜNYA
17:21 25.12.2024
152
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib.

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR