AZAL-ın vitse-prezidenti: "Təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb"

AZAL-ın vitse-prezidenti: "Təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb"
SOSİAL
11:48 29.12.2024
222
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb.

Bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.

"Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qrozni və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər. Bunun səbəbini komissiya araşdıracaq. Heyət belə çətin vəziyyətdə idarə edilməyə qadir olmayan təyyarəni idarə edib, onu Aktauya yönəldib ki, insanların həyatını xilas edə bilsinlər. Ekipaj üzvləri əllərindən gələni ediblər, böyük profesionalııq nümayiş etdiriblər. B,u bir daha Azərbaycanın pilot məktəbinin yetirmələrinin yüksək peşəkarlıqlarının əyani sübutudur”, - deyə o qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dekabrın 25-də isə dövlət başçısı qəza ilə əlaqədar dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu