“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2012-ci il iyunun 1-dən oktyabrın 27-dək Bakı-Qəbələ marşrutu üzrə birbaşa reyslər həyata keçirəcək. Bu barədə şirkətin məlumatında deyilir.Uçuşlar hər həftənin cümə və bazar günləri ATR – 72 tipli təyyarələrlə həyata keçiriləcək.Sözügedən marşrut üzrə təyyarə Bakıdan saat 17:45-də havaya qalxacaq və saat 18:30-da Qəbələdə enəcək.Avialayner Qəbələdən saat 19:10-da qalxacaq və saat 19:55-də Bakıda enəcək.