“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda

“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
İQTİSADİYYAT
10:53 13.04.2026
2315

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb. 

AZXEBER.COM xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb. 

Siyahıya əsasən, "Azərlotereya” ölkə üzrə ən çox vergi ödəyən 100 vergi ödəyicisi arasında 16-cı yerdə qərarlaşıb. Qeyri-neft sektoru üzrə isə "Azərlotereya” 6-cı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə verdiyi töhfəni bir daha nümayiş etdirib.

"Azərlotereya” 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyib. Bu göstərici əvvəlki illə müqayisədə artım nümayiş etdirir. Belə ki, şirkət 2024-cü ildə 92,4 milyon manat vergi ödəyərək ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi çıxış etmişdi.

Son illər fəaliyyətini daha da genişləndirən "Azərlotereya” yalnız oyun sənayesinin inkişafına və istehlakçı maraqlarının qorunmasına deyil, həmçinin ölkə iqtisadiyyatına, çox sayda insanın işlə təmin etməklə əmək bazarının inkişafına və dövlət büdcəsinin formalaşmasına, o cümlədən sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə mühüm töhfə verir. Şirkətin dövlət büdcəsinə ödədiyi yüksək məbləğdə vergilər, idmanın inkişafına ayrılan vəsait və büdcəyə ödənən digər məcburi ödənişlərlə iqtisadi sabitliyin güclənməsinə və müxtəlif sahələr üzrə inkişaf layihələrinin həyata keçirilməsinə dəstək göstərir.

"Azərlotereya” bundan əlavə ölkədə idmanın inkişafı və xeyriyyə mədəniyyəti və sosial layihələrin həyata keçirilməsi istiqamətində aktiv rol oynayır. Şirkət "Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bundan əlavə, Qarabağın sosial-iqtisadi inkişafına və "Əmanətə sədaqət” layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır.

"Azərlotereya” bundan sonra da şəffaf və məsuliyyətli fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkə iqtisadiyyatına, idmanın inkişafı və sosial layihələrin icrasına töhfə verməyə davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
Bakıda oğurluq edən şəxslər saxlanıldı
15:23 31.07.2026
Bakıda oğurluq edən şəxslər saxlanıldı
Qadın sərnişinlər üçün ayrıca vaqon: Hansı ölkələr bu üsula üstünlük verir?
15:19 31.07.2026
Qadın sərnişinlər üçün ayrıca vaqon: Hansı ölkələr bu üsula üstünlük verir?
Rusiya - Ukrayna müharibəsi bitmir - Orada təhsil alan tələbələrimizin aqibəti necə olacaq?
15:12 31.07.2026
Rusiya - Ukrayna müharibəsi bitmir - Orada təhsil alan tələbələrimizin aqibəti necə olacaq?
Bakıda bu ərazidə yanğın başladı
14:40 31.07.2026
Bakıda bu ərazidə yanğın başladı