‘AZAL’ ‘Sumqayıt’ın əvəzedicilərinə məğlub oldu

İDMAN
00:12 04.11.2013
997

Klubun əvəzediciləri doğma azarkeşləri qarşısında AZAL-ı 3:2 hesabı ilə məğlub ediblər

Əvəzedici heyətlərin ölkə birinciliyində 12-ci turun son iki oyunu keçirilib. “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, klubun əvəzediciləri doğma azarkeşləri qarşısında AZAL-ı 3:2 hesabı ilə məğlub ediblər. “Sumqayıt”dan qolları Fariz Nəcəfov, Bayram Nuruzadə, Ruslan Nəsirli, AZAL-dan isə Natiq Kərimi, və Kərim Diniyev vurublar. Komandaların əsas heyətləri isə bu gün M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni meydançasında qarşılaşacaqlar.

OXŞAR XƏBƏRLƏR