AZAL təyyarəsi böhranı: Putin etiraf etdi, istintaq imtina etdi

AZAL təyyarəsi böhranı: Putin etiraf etdi, istintaq imtina etdi
MANŞET
13:21 12.01.2026
1100
"AZAL-a məxsus mülki təyyarənin Rusiya Federasiyasının hava məkanında vurulması ilə bağlı məsələ sıradan hüquqi iş deyil. Bu, çoxsaylı insan itkisinin səbəb olduğu ağır faciəyə münasibətdə rəsmi dövlət mövqeyinin, siyasi məsuliyyət, humanizm prinsipləri və hüququn aliliyinin necə pozulduğunun bariz göstəricisidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, Rusiya əvvəl etiraf etdiyi faktlardan imtina edib:

"Vladimir Putinin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti ilə görüşündə səsləndirdiyi sözlər xüsusi diqqət tələb edir. Prezident Putinin həmin çıxışında təyyarənin vurulduğunu etiraf etdiyi, kompensasiyanın ödənəcəyini və istintaq üçün zəruri addımlar atılacağını bildirdiyi açıqlama təkcə diplomatik jest deyildi, bu, faktlara söykənən, siyasi səviyyədə verilmiş bəyanat idi.
Ancaq sonrakı proseslər göstərdi ki, bu bəyanat söz olaraq qalıb, hüquqi nəticələrinə çevrilməyib. Rusiya İstintaq Komitəsinin cinayət işinə xitam verməsi və hadisəni "əlverişsiz hava şəraiti ilə” izah etməyə çalışmağı göstərir ki, ya Rusiya əvvəl etiraf etdiyi faktlardan imtina edib, ya da bu faktların hüquqi məsuliyyətini qəbul etmək istəmir. Hər iki halda bu, dövlət başçısı səviyyəsində verilmiş sözün de-fakto geri götürülməsi deməkdir”.

Parlamentari vurğulayıb ki, Rusiya araşdırmanın əvvəlindən müxtəlif variantlar irəli sürürdü:

"Rusiya araşdırmanın əvvəlindən belə bir təəssürat formalaşmışdı ki, Moskva bu faciəni hüquqi müstəvidə deyil, geosiyasi maraqlar prizmasından dəyərləndirməyə çalışır. Hadisədən dərhal sonra Kremlin informasiya resurslarında və qeyri-rəsmi kanallarda məsuliyyətin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının üzərinə atılması cəhdləri bunun təsadüfi olmadığını göstərirdi. Məqsəd aydın idi, hadisə Rusiya hava məkanında baş verdiyi halda kompensasiyanı Rusiya ödəsin, amma istintaq sənədlərində günahkar kimi başqa tərəf göstərilsin. Bu ssenari Rusiya üçün ikiqat fayda vəd edirdi. Birincisi, kompensasiyanı hüquqi məsuliyyət kimi deyil, "xeyirxah, humanist niyyət” kimi qələmə vermək, ikincisi isə Ukrayna ilə davam edən münaqişədə əlavə informasiya arqumenti əldə etmək. Beləliklə faciə həm informasiya müharibəsinin, həm də siyasi alverin alətinə çevrilə bilərdi”.

Deputat qeyd edib ki, Azərbaycan qəzayla bağlı günahın üçüncü tərəfin üzərinə atılmasına imkan vermədi:

"Azərbaycanın prinsipial, hüquqa əsaslanan və ədalətli mövqeyi bu ssenarini pozdu. Rəsmi Bakı açıq şəkildə bildirdi ki, təyyarə Rusiyanın hava məkanında vurulubsa, bu faktın hüquqi nəticələri yalnız Rusiya tərəfindən qəbul edilməlidir. Günahın üçüncü tərəfin üzərinə atılması və bu yanaşmanın istintaq sənədlərinə salınması yolverilməzdir, çünki bu halda məsuliyyət parçalanır, həqiqət isə təhrif olunur. Bu baxımdan, Rusiya İstintaq Komitəsinin "hava şəraiti” arqumenti həm absurd, həm də qeyri-ciddi görünür. 

E.Mirzəbəyli deyib ki, Rusiya dövlət başçısının verdiyi sözlə istintaq orqanlarının qərarı arasında açıq ziddiyyət var:

"Putin Düşənbədə hansı məlumatlara əsaslanaraq təyyarənin vurulduğunu etiraf etmişdi? Əgər həmin məlumatlar real və təsdiqlənmiş idisə, niyə indi istintaq səviyyəsində tam fərqli mənzərə təqdim olunur? Əks halda, bu, açıq siyasi manipulyasiyadır. Ortada dövlət başçısının verdiyi sözlə istintaq orqanlarının qərarı arasında açıq ziddiyyət var. Bu, hüquqi məsuliyyətin geosiyasi maraqlara qurban verilməsi cəhdi kimi görünür "Kompensasiya verildi” görüntüsü məsuliyyətdən yayınmaq üçün istifadə olunur, ancaq bu məsələ nə yalnız kompensasiya ilə bitir, nə də xitam qərarı ilə bağlanır. Bu hadisədə söhbət sadəcə texniki məsələ və ya prosedurdan getmir, söhbət insan həyatı, dövlət məsuliyyəti və beynəlxalq hüququn əsas prinsiplərindən gedir. Azərbaycan tərəfi haqlı olaraq israr edir ki, həqiqət tam şəkildə etiraf olunmadan, günahkarlar cəzalandırılmadan və məsuliyyət açıq şəkildə qəbul edilmədən bu məsələ qapanmayacaq. Rusiya İstintaq Komitəsinin qərarı nə hadisənin real səbəblərini açıqlayır, nə də məsuliyyət məsələsinə aydınlıq gətirir. Bu yanaşma, faciənin üzərindən xətt çəkmək, onu "bağlanmış mövzu”ya çevirmək cəhdindən başqa bir şey deyil”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb