AZAL təyyarəsini vurmaq əmrini bu general verib - FOTOLAR

AZAL təyyarəsini vurmaq əmrini bu general verib - FOTOLAR
SİYASƏT
20:22 22.07.2025
490
AZXEBER.COM xəbər verir ki, "Minval Politika” resursu Azərbaycanın AZAL aviaşirkətinə məxsus EMBRAER 190 təyyarəsinin vurulması ilə bağlı sensasion faktları üzə çıxarıb.

İfşa edilən əsas ad: Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının komandiri, general-mayor Aleksandr Tolopilo.
Məlumata görə, məhz o, AZAL təyyarəsinin vurulması əmrini şəxsən verib.

Faktlar nəyə əsaslanır?

İddialar podpolkovnik Orlyanskiyə istinadən verilib. O istintaqa deyib ki, əmri general Tolopilodan alıb və onu kapitan Paladisyuka çatdırıb. Hücum zamanı tətbiq olunan raket qurğuları Tolopilonun birbaşa tabeliyində olan bölmənin əmri ilə hərəkət edib. Bütün bunlar (raket qurğularının kimin tabeliyinə verilməsi) 2024-cü il 16 dekabr tarixli rəsmi raportla sənədləşdirilib.

Cinayət var, cəza yox – əksinə, mükafatlandırma!

Daha dəhşətlisi isə odur ki, Tolopilo heç bir məsuliyyət daşımayıb. O, istintaqda məsuliyyəti hava nəzarətçilərinin üzərinə atmağa çalışıb və "raketlər öz-özünə partladı” kimi uydurma bəyanatlar verib. Lakin Rusiya daxilində aparılmış daxili istintaq bu versiyanı təkzib edib.

Bütün bu saxtakarlıqlara baxmayaraq, general Tolopilo vəzifəsində saxlanılıb və hətta yüksəldilib!

Sənədlər Bakıya təqdim olunacaq

"Minval Politika”nın baş redaktoru Emil Mustafayev bildirib ki, əldə olunmuş fotoşəkillər, raportlar və ifadələr yaxın günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim olunacaq.

Bu, birbaşa hərbi-siyasi cinayətin ifşası və Azərbaycanın hava məkanında törədilmiş beynəlxalq təxribatın arxasındakı fiqurların üzə çıxarılması deməkdir.


 

 

 

 


OXŞAR XƏBƏRLƏR