"Azalacaq xərciniz! Son günlərdə mütəmadi olaraq TV və radio kanallarında, küçə reklamlarında, metrolarda, elektron media portallarında hər birimizin böyük marağına səbəb olan bu sirli sloqanın açılışı nəhayət baş tutdu.
AZXEBER.COM xəvər verir ki, 2000-ci ildə əsası qoyulan və artıq 20 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən "Mətanət A” şirkəti inşaat materiallarının istehsalı sektorunda lider şirkətlərdən biridir. Müasir texnoloji yeniliklər, innovativ texnologiyalar əsasında fəaliyyət göstərən zavodlarda istehsal olunan məhsullar həm ekoloji cəhətdən sağlam, həm də müxtəlif istiqamətlərdə xərclərə qənaət edilməsində mühüm yenilikləri özlərində əks etdirir. Bu ənənəsinə sadiq qalaraq "Mətanət A” şirkəti Azərlime əhəng zavodu və zavodda istehsal olunan Azərlime Suvaq Üçün Əhəng məhsulu geniş ictimaiyyətə təqdim etdi.
Təqdimat mərasimində çıxış edən "Mətanət A” Şirkətinin müşahidə şurasının sədri Elxan Bəşirov ölkədə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb. İş adamı bildirib ki, "Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda sahibkarlığın inkişafında yeni bir səhifə açıb və Azərlime Əhəng zavodu da biz sahibkarlara yaradılmış münbit şəraitin nəticəsi olaraq ərsəyə gəlmiş və Azərbaycan inşaat sektoruna uzun illər xidmət edəcək bir müəssisədir.”
Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaat materialları” kafedrasının müdiri, professor İradə xanım Şirinzadə bildirdi ki, Azərlime suvaq üçün əhəng inşaat sektoru üçün inqilabi bir yenilikdir, aktivliyi yüksəkdir və Azərlime qatılaraq hazırlanan suvaq çatlamır, istifadəsi rahatdır və antibakterialdır.
Qeyd edək ki, Azərlime suvaq üçün əhəng məhsulu qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən Azərlime suvaq üçün əhəng məhsulu inşaat sektorunda, suvaq və hörgü işlərinin görülməsində unikal bir məhsuldur. AZERLİME məhsulu suvağın hazırlanmasında istifadə olunan sementi 50 %-ə qədər azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır və yekunda suvaq xərcinə 25%-ə qədər də qənaət edir. Əhəngli suvağın bir çox üstünlükləri mövcuddur. Belə ki, Azərlime qatılaraq alınmış əhəngli suvağın tətbiqi daha rahatdır. Eyni zamanda daha çox səth suvanmaqla yanaşı, həmçinin antibakterial səth də əldə edilir.
Məlumat üçün bildirək ki, Azərlime Əhəng Zavodunda sənayenin müxtəlif istiqamətlərində geniş istifadə olunan yüksək aktivliyə malik, stabil keyfiyyətli söndürülmüş və sönməmiş əhəng istehsal olunur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsuluna metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, mədən sənayesi, səhiyyə, kimya sənayesi, plastik sənayesi, şüşə sənayesi, mədən sənayesi kimi vacib sektorlarda tələbat böyükdür. "Mətanət A” şirkəti bütün sənaye müəssisələrini, təmir-tikinti işləri həyata keçirən hər kəsi Azərlime əhəng zavodunun yüksək aktivliyə malik və stabil keyfiyyətli əhəng məhsullarından istifadəyə çağırır.