Azan vaxtından əvvəl səsləndi, insanlar qorxuya düşdü

Azan vaxtından əvvəl səsləndi, insanlar qorxuya düşdü
DÜNYA
13:15 11.08.2016
1699

Azan vaxtından əvvəl oxunub deyə vətəndaşlar təşvişə düşüb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Siirt şəhərində azan vaxtından əvvəl oxunub. Nəticədə vətəndaşlar çevriliş olduğunu hesab edərək küçələrə çıxıblar.

Çevriliş cəhdi baş verdikdə çevrilişə cəhd edənlərə qarşı müqavimət götərməyə çağrılması, hazırlıqlı vəzəyyətdə olmaları yanlış həyəcana gətirib çıxarıb. Buna səbəb olan düşüncələrdən biridə 15 iyul çevrilişə cəhd zamanı Bahçelievler məhəlləsindəki bir məsciddə səhər azan bir saat erkən oxunması olub.

Belə ki, vətəndaşlar Fətullah Gülən tərəfdarlarının yenidən çevrilişə cəhd etdiklərini düşünüblər. Bəzi vətəndaşlar 155 polis qaynar xəttinə zəng edərək, yolunda getməyən bir şeylərin olduğunu və evdən çıxmaları lazım olub-olmadığını soruşublar.

Hər hansı bir təhlükənin olmadığını öyrənən vətəndaşlar səhər azanının öz vaxtında yenidən oxunmasıyla rahatlaşıblar.Jalə

OXŞAR XƏBƏRLƏR