Azarkeşlər Azərbaycanın Uelslə oyununu müsbət qarşıladı: "Həmişə belə oynayın"

Azarkeşlər Azərbaycanın Uelslə oyununu müsbət qarşıladı: "Həmişə belə oynayın"
İDMAN
13:45 09.09.2019
2255
Xəbər verdiyimiz kimi, Azərbaycan yığması Uelsə 2:1 hesabıyla məğlub olub.
 
AZXEBER.COM xəbər verir ki, bu matç sosial şəbəkələrdə də geniş müzakirə olunub.
 
Azarkeşlər bu dəfə yığmamıza mübariz oyun göstərdiyinə görə təşəkkür edib. Onlar məğlubiyyətə rəğmən sona qədər döyüşən futbolçular haqda xoş sözlər yazıblar.
 
Ən böyük tənqid isə yığmanın qapıçısı Səlahət Ağayevə yönəlib. Sitat: "Səlahət bütün oyunu məhv etdi. Hər iki qol onun səhvindən oldu. Heyf ki, futbolçularımızın əməyini yerə vurdu. Gələn matçda qapını Emil Balayevə tapşırmaq lazımdır".
 
Azarkeşlər eyni zamanda Ramil Şeydayev və Bəhlul Mustafazadənin möhtəşəm oyun keçirdiklərini qeyd ediblər: "Dünyanın ən sürətli futbolçusu Beyl belə Ramillə çatdıra bilmədi. Bəhlul isə sakinki "Yuventus"un müdafiəçisidir. Bu oyunçuların qədrini bilməliyik".
 
Sosial şəbəkədə yazılan rəylər əsasında hazırlanan videoçarxı təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR