"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində az öncə başa çatmış Azərbaycan - Lüksemburq matçının sonlarına yaxın azarkeşlər yenidən millimizin baş məşqçisi Berti Foqtsun ünvanına "istefa, istefa" şüarları səsləndiriblər.
Qol.Az-ın məlumatına görə, azarkeşlər əsasən də Lüksemburq millisinin matçın 80-ci dəqiqəsində hesabı bərabərləşdirməsindən sonra fəallaşıblar.
Qeyd edək ki, ilk görüşdə səfərdə Lüksemburqla 0:0 bərabərə qalan Azərbaycan yığması doğma meydanda da rəqibin müqavimətini qıra bilməyib - 1:1.