Azarkeşlər “Qarabağ”ı Avropada 5-ci etdi

İDMAN
16:32 26.09.2014
1757

Klub ilk onluqda qərarlaşan klublar sırasındadır.

UEFA Avroliqanın qrup mərhələsində ilk oyunlarda iştirak edən azarkeşlərin sayı açıqlanıb.

İstinadən xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi“Qarabağ” azarkeş sayına görə ilk onluqda qərarlaşan klublar sırasındadır.

Belə ki, “Qarabağ” stadiona ən çox azarkeş gətirən 5-ci komanda olub. Sıralama isə belədir:

“Borussia Monchengladbach” 1-1 “Villareal” (39.128)

“Sevilla” 2-0 “Feyenord” (35.000)

“Fiorentina” 3-0 “Guingamp” (32.000)

“Everton” 4-1 “Wolfsburg” (29.593)

“Qarabağ”0-0 “Saint-Etienne” (28.786)//gol.az

OXŞAR XƏBƏRLƏR