Azarkeşlər 'Xəzər Lənkəran'ı boykot elədilər

İDMAN
16:00 10.08.2013
1554
Avropa Liqasında 8:0 hesablı biabırçı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən "Xəzər Lənkəran"ın "Facebook" sosial şəbəkəsindəki ən böyük fan səhifəsi komandanın sabahkı oyununu boykot elədikləri ilə bağlı müraciət yayıb. 
Buna səbəb klubun düçar olduğu uğursuzluqlardı. Onlar düşünürlər ki, Cənub təmsilçisininin oyunlarına getməməklə klubu radikal qərar qəbul eləməyə məcbur edə bilərlər. Artıq bir çox azarkeş bu çağırışa qoşulub. 
"Xəzər Lənkəran" sabah doğma meydanda "Simurq"la üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq. /// futbolpress.az
OXŞAR XƏBƏRLƏR