Azarkeşlərə şad xəbər: AFFA razılıq aldı

Azarkeşlərə şad xəbər: AFFA razılıq aldı
İDMAN
18:58 10.07.2021
1935
Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.
OXŞAR XƏBƏRLƏR