"Azarkeşlərimizi "Böyük oyunsuz" qoymaq istəyən isə "Xəzər Lənkəran" tərəfidir"

İDMAN
14:11 09.02.2014
1466
Bu gün Azərbaycan Premyer-Liqasında əzəli rəqiblər - “Xəzər Lənkəran” və “Neftçi” üz-üzə gələcək. 
AZXEBER.COM xəbər verir ki, Lənkəranda keçiriləcək oyunda komandalar arasında 12 xallıq fərqin olsa da, bu “Böyük oyun”a marağı azaltmır. Ancaq maraqlıdır ki, "böyük oyun" canlı yayımlanmayacaq. "Neftçi"nin mətbuat katibi, tanınmış jurnalist Gündüz Abbaszadə buna görə "Xəzər" klubunu suçlayıb: "Çox maraqlıdır, hamı "böyük oyun" deyir. Böyük oyun isə yayımlanmayacaq. Əminəm ki, bu məsələdə İdman Azərbaycan kanalının zərrə qədər "günahı" olsaydı, indi mətbuat susmayacaqdı. Azarkeşlərimizi "Böyük oyunsuz" qoymaq istəyən isə "Xəzər Lənkəran" tərəfidir. Açıq danışmaq lazımdır, əvvəlki illərdə klublar yayım üçün TV-yə xahiş minnət edirdilər. Hətta, yayım üçün tələb olunan texniki xərcləri belə klublar ödəyirdi. İndi PFL və TOPAZ yayım üçün hər şəraiti yaradıb. Pulsuz-parasız. Bəs niyə mane oluruq? "Yayım üçün kluba pul ödənilməlidir" bəhanədən başqa bir şey deyil. İndi yadınıza düşdü? "Dünən"ə qədər yayım üçün pulu ödəyən siz idiniz axı?! Mustafa hocadan soruşun zəhmət olmazsa, Türkiyədə başqa oyunu demirəm, "Beşiktaş" - "Konyaspor" oyunu yayımlanmasa ictimaiyyət nə reaksiya verərdi? Təsəvvür belə etmək çətindir".
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR