Azay Quliyev erməni deputat Geqamyanı belə məğlub etdi

Azay Quliyev erməni deputat Geqamyanı belə məğlub etdi
SİYASƏT
18:36 09.07.2015
1781

ATƏT-in Parlament Assambleyasının iyulun 7-də Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edildikdən sonra iyulun 8-də Ermənistan nümayəndə heyəti aranı qatmağa cəhd edib.

ATƏT PA-nın rəsmi saytı ilə yayımlanan iclasda yenidən azərbaycanlı millət vəkilinin hazırladığı qətnamə diqqətə gətirilib və bildirilib ki, dünənki iclasda qətnaməyə dəyişikliklə bağlı bir təklif yaddan çıxaraq səsləndirilməyib. Bu təklif Büro Katibliyi tərəfindən dəstəklənib və qətnamə yenidən müzakirəyə çıxarılıb. Qeyd edək ki, belə bir hal ATƏT PA tarixində ilk dəfə yaşanır.

A.Quliyev verilən təklifi çəkinmədən müzakirəyə çıxarıb və qətnamə bir daha səsə qoyulub, əvvəlki səsvermədən fərqli olaraq bu dəfə daha çox deputatın səsini qazanaraq qəbul edilib. Ən qəribəsi budur ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan özü də qətnamənin lehinə səs verib.

Qətnamənin qəbul olunacağından ciddi narahat olan A.Geqamyan qətnaməyə dəyişiklik edilməsi ilə bağlı yersiz təkliflərlə çıxış etsə də, bu təkliflərin heç biri iclasın ilk günündə avropalı deputatlar tərəfindən qəbul edilməmişdi.

ATƏT PA-nın ötən sessiyasından sonra erməni mətbuatı A.Geqamyanı savadsızlıqda, diplomatik bacarıqsızlıqda, Azərbaycan tərəfinə daim məğlub olmaqda qınamışdı. İndi erməni deputatı Ermənistanda nələrin gözlədiyini anlamaq çətin deyil.

Xatırladaq ki, qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. 19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
13:16 24.05.2025
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
"Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur"
13:12 24.05.2025
"Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur"
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
12:57 24.05.2025
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb