“Azdı, az ye”, “çox adamın kombisi yoxdur” deyən deputatların sosial durumu necədir? - Biznesləri varmış...

SOSİAL
16:35 10.12.2016
14222

Son günlər Tarif Şurasının qazın və işığın qiymətini artırması və bu artımdan sonra Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələrində səslənən fikirlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Buna səbəb vətəndaşlara qənaət etməyi təklif edən deputatların fikirləridir ki, bu fikirlər çox vaxt qınaq obyektinə tuş gəlir.

AZXEBER.COM xəbər verir ki, bu cür açıqlama verən deputatlar arasında daha çox 2 millət vəkili sosial şəbəkələrdə tənqid atəşinə tutulub.


Rüfət Quliyev

Onlardan birincisi Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevolub. Millət vəkilinin "aznews”a açıqlamasında qazın və işığın qiymətinin artmasının imkansız və aztəminatlı ailələrə təsir etməycəyini bildirməsi geniş müzakirəyə səbəb olmuşdu. O bunu istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sisteminin olmaması ilə izah etmişdi. Məhz bu açıqlama qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tuş gəlmişdi.

 

Hüseynbala Mirələmov

Digər bir deputat isə Hüseynbala Mirələmov olub. Deputatın ötən gün ATV kanalına verdiyi müsahibəsində böhranla bağlı şərhi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Mirələmovun "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirlərinin yer aldığı açıqlaması cəmiyyətdə böyük səs-küy yaradıb. Ölkədə iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda, deputatın nə üçün bu cür danışması çox pis qarşılanıb.

 

H.Mirələmov daha sonra açıqlama verərək onun fikirlərinin konteksdən çıxarıldığını və sözlərin təhrif edildiyini qeyd edib.

Bəs görəsən son bir həftədə daha çox sosial şəbəkələrdə tənqid olunan bu deputatların özlərinin sosial durumu necədir?

AZXEBER.COM-un məlumatına görə, 2013-cü ildə "azvision.az” saytının yayımladığı "Azərbaycanın biznesmen deputatları” siyahısında həm Rüfət Quliyevin, həm də Hüseynbala Mirələmovun adı biznesmen deputatlar kimi çəkilib.

Saytın həmin dövürdə yazdığı araşdırmaya görə, Rüfət Quliyevin "European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədri olduğu qeyd edilib. "European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir.

Hüseynbala Mirələmovun adı isə hələ bir neçə il bundan öncə daha tez-tez hallanırdı. Buna səbəb deputatın qardaşı oğlunun qətl törətməsindən sonra Hüseynbala Mirələmovun sahibi olduğu restoranın adını mətbuata açıqlaması olmuşdu. Belə ki, deputatın qardaşı oğlu "1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri yaralamışdı. Bundan sonra H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.

OXŞAR XƏBƏRLƏR